“Ermənilərin iki yolu var: ya çıxıb getməli, ya da qalıb Bakının himayəsi altında yaşamalıdırlar”
26-avq-2023“Ermənistan hakimiyyəti Qarabağdakı marionetləri ilə cinayət əlaqəsi quraraq, Qarabağı məhvə aparır. Laçın dəhlizinin qismən açılmasında məqsəd Qarabağda əhali sayını azaltmaqdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin Xankəndidə qanunsuz fəaliyyət göstərən “Ardarutyun” “partiyası”nın rəsmisi Armen Petrosyan deyib.
O qeyd edib ki, ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycan Qarabağda 120 min erməninin yaşadığınıa inanmır və bunu qəbul etmir. Onun sözlərinə görə, rəsmi Bakı Qarabağda ən yaxşı halda 25-30 min erməninin mövcud olduğunu deyir və bunu təsdiqləyə biləcəyini də açıqlayır.
Petrosyan daha sonrta vurğulayıb ki, Laçın yolunun qismən açılması Qarabağ ermənilərini iki seçim qarşısında qoyacaq. “Onlar ya evlərini əliboş tərk etməlidir. Ya da qalıb Azərbaycanın tərkibində yaşamalıdırlar. Birinci seçim asan olmayacaq. Çünki Azərbaycan sərhəddən keçən Birinci Qarabağ müharibəsində iştirak edənləri saxlayacaq”.
Separatçıların nümayəndəsi daha sonra Ağdam-Xankəndi yolunun açılması məsələsinə də toxunub. O iddia edib ki, bu yolun açılması təhlükəlidir. “Əgər Ağdam yolu işə düşərsə, Azərbaycan Qarabağı daha tez nəzarətinə alacaq. Çünki iqtisadi inteqrasiya müharibədən daha təhlükəli hadisədir”.