Bu gün:
Xezer.info » Cəmiyyət » ''Şamaxı rayonunun Mərkəzi xəstəxanasında ''üç manata görə körpəyə baxmadılar.RƏZALƏT

''Şamaxı rayonunun Mərkəzi xəstəxanasında ''üç manata görə körpəyə baxmadılar.RƏZALƏT


''Şamaxı rayonunun Mərkəzi xəstəxanasında ''üç manata görə körpəyə baxmadılar.RƏZALƏT
Şamaxı rayonunun Mərkəzi xəstəxanasından növbəti utanc verici şikayət.Artıq həyatın iflic vəziyyətində olduğu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədovun fəaliyyətində yol verdiyi ciddi qanun pozuntuları diqqət mərkəzinə çəkilib. Azərbaycan Səhiyyə Sistemini bu günə qoyan Elxan Məmmədov kimi həkimlər isə bu qədər qanun pozuntularına baxmayaraq iş proseslərinə davam edirlər. Xəstələr üçün ayrılmış ərzaq və dərmanların mənimsənilməsindən tutmuş saxta “xəstəlik tarixləri” hər gün guya 15-20 xəstə yatmagı faktına kimi.Reportyor.org internet səyfəsinə növbəti şikayət məktubu daxil olub .Şikayətçi qeyd edib ki, onun gecə yeni doğulmuş körpəsini Aytən adlı tibb bacısı üç manata görə baxmayıb.Gecə növbədə qalan bu tibb bacısı, yeni körpə dünyaya gətirmiş anaya üç manat vermirsənsə onda get özün saxla deyib.Şikayətçi Xəstəxananın Doğum Şöbəsinə səhəri öz etirazını bildirsə də , Dogum Şöbəsinin baş həkimi Nəzakət xanım heç də onları nəzakətlə yola salmayıb, əksinə olaraq özlərini haqlı sayıb.Bundan sonra şikayətçinin üstünə Gülçöhrə Məmmədova gələrək Aytən adlı tibb bacısının haqlı olduğunu deyib. Xatırladıram ki, Gülçöhrə Məmmədova Baş həkim Elxan Məmmədovun həyat yoladışıdır və dogum şöbəsinin əsas kassirlərindən hesab olunur.Şikayətçi qeyd edib ki, vəziyyəti bu yerdə görüb yeni doğulmuş övladımızı da, götürüb oranı tərk etdik.Qeyd edim ki , uşagı dünyaya gətirmək ücün ana 130 manat pul ödəyib.
Qarşı tərəfi də dinləməyə hazırıq.