“Qarabağ” klubu dünya reytinqində geriləyib, “Neftçi” irəliləyib
13-iyun-2023Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Xezerinfo.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.
“Köhlən atlar” ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb.
67 xala malik “Neftçi” 21 pillə irəliləyərək 287-ci olub.
Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 313 xalla birincidir. İngiltərə “Mançester Siti”si 279 xalla ikinci sıraya yüksəlib. İlk “3-lüy”ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.