Cerablusdan acı xəbər: PYD terrorçuları türk tanklarına atəş açdı, 1 əsgər həyatını itirdi - Terrorçuların hədəfləri bombardıman edildi
28-avq-2016Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Firat Qalxanı" əməliyyatının 3-cü günündə türk ordusu ilk itkisini verib.
Avropa.info xəbər verir ki, terror təşkilatı PKK-nın Suriya qolu PYD-nın amerika istehsalı olan TOW raketləri ilə Türkiyə ordusuna məxsus iki tanka atəş açıblar, Bir əsgərin öldüyü, 3 əsgərin isə yaralandığı qeyd olunur.
Bundan sonra hücuma keçən Türkiyə ordusu PYD terrorçularına məxsus hədəfləri vurub.
Türkiyənin Suriya ərazisinə əlavə tank birləşmələri göndərdiyi qeyd olunur.