Bu gün:
Xezer.info » Dünya » Qərbin Ukrayna cəbhəsində vurulan texnikalarının görüntüsü yayıldı-ŞOK FAKTLAR

Qərbin Ukrayna cəbhəsində vurulan texnikalarının görüntüsü yayıldı-ŞOK FAKTLAR



Ukrayna ordusunun Zaporojye istiqamətində hücumu zamanı ilk dəfə olaraq Qərb texnikasının bəzi nümunələri məhv edilib.

Xezerinfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin hərbi analitiki Yulian Röpke yazıb.

Onun sözlərinə görə, iyunun 8-də Zaporojye istiqamətində gedən döyüşlərdə Ukrayna ordusu iki “Leopard-2” tankı və 13 “Bradley” piyada döyüş maşını itirib.

Röpke Ukraynanın Zaporojya istiqamətində – Poloqov, Tokmak və Vasilyevka ərazilərində əks-hücuma başladığını bəyan edib.

Gələn xəbərlərə görə, Ukrayna Silahlı Qüvvələrinin ağır zirehli kolonu rusların hava kəşfiyyatı tərəfindən vaxtından əvvəl aşkar olunduğu üçün vurulub. Əvvəllər Ukraynanın ən azı 4 PDM və bir “Leopard 2A4” itirdiyi deyilirdi.

Ukrayna Baş qərargahı əsas döyüşlərin Liman, Baxmut, Avdeyevka və Mariyinka istiqamətlərində getdiyini bildirib.

Bu gün, günortadan sonra Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş Geniçesk bölgəsindəki Arabat bölgəsində rus qoşunlarının mövqelərinə zərbə endirib.

Qeyd edək ki, Geniçesk cəbhə xəttindən 130 kilometr aralıda yerləşir.

Ukraynanın “ATEŞ” partizan hərəkatı partlayışlardan sonra rusların Xerson vilayətinə təyin etdiyi “rəhbər” Vladimir Saldonun bölgədən qaçdığını xəbər edib.