Bu gün:
Xezer.info » Siyasət » Lənkəran və Zaqatalaya hərbi prokuror təyin olunub

Lənkəran və Zaqatalaya hərbi prokuror təyin olunub



Lənkərana hərbi prokuror təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xezerinfo.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmrilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.