Bu gün:
Xezer.info » Eksklüziv » “UKLON”DAN ŞİKAYƏT… İMTİNA EDƏN MÜŞTƏRİ QARA SİYAHIYA SALINIR…

“UKLON”DAN ŞİKAYƏT… İMTİNA EDƏN MÜŞTƏRİ QARA SİYAHIYA SALINIR…



Yeni yaranan taksi şirkəti “Uklon”dan şikayət var. Müştəriyə haqsız yerə borc yazıb adını qara siyahıya salıblar.

Tribunainfo.az yazır ki, vətəndaş Mehman Mustafayev bu halla qarşılaşıb. O bildirib ki, pulu ödədiyi balda şirkət ona cərimə yazıb:

“29 may tarixindı olduğum ünvandan taksi sifariş verdim. Ünvana çatanda sürücüyə yazılan qiymətdən çox ödəniş etdim, həm də nağd formda. Yolboyu da sürücü ilə söhbət etmişik. Bir neçə gün öncə yenə taksi sifariş vermək istədim. Proqramda mənə borc yazıldığını gördüm. Müraciətim əsasında dedilər ki, həmin sürücü şikayət edib ki, ödəniş olmayıb. Nə sürücünün nömrəsi var ki, zəng edim, nə avtomobil nömrəsi verirlər.

Sübutlardan sonra borcum silindi. Lakin indi də qara siyahıya salınmışam, azuolunmaz müştəri kimi. Səbəbini soruşuram, deyirlər, bir neçə dəfə sifarişdən imtina etmisiz deyə qara siyahıya salınmısız.

Bir sözlə, rəzalət. Texniki dəstək sıfır”