AYDA 32 MƏHKƏMƏSİ OLAN “BANK BTB” ÇIXIŞ YOLU TAPDI
09-iyun-2023Bir ayda 32 dəfə məhkəmə önünə çıxmalı olan “Bank BTB” çıxış yolunu kadr islahatlarında görüb.
Tribunainfo.az yazır ki, “Bank BTB” ASC Satışlar departamentinin Biznes kreditləri şöbəsinin rəhbərini dəyişib. Görünür bankın bir ayda 32 məhkəmə çəkişməsinin olması kadr dəyişikliyinə səbəb olub.
Maraqlıdır ki, iyun ayı ərzində bankın məhkəmə proseslərindəki əksər işlərin mahiyyəti problemli kreditlər, kredit müqavilələri üzrə mübahisələrdir.
Xatırladaq ki, Anar Əzizov “Bank BTB” ASC-də Satışlar departamentinin Biznes kreditləri şöbəsinin rəhbəri təyin edilib.