Bu gün:
Xezer.info » Bu gün » UŞAQLARI “MAKDONALDS”, “KFC” YEMƏKLƏRİNDƏN UZAQ TUTUN… ERKƏN CİNSİ İNKİŞAF YARADIR…

UŞAQLARI “MAKDONALDS”, “KFC” YEMƏKLƏRİNDƏN UZAQ TUTUN… ERKƏN CİNSİ İNKİŞAF YARADIR…



“Makdonalds”, “KFC” yeməkləri, broyler toyuqları, kolbasa və sosislər, qablaşdırılmış şokalad yağları, mağaza şirniyyatları uşaqlarda erkən cinsi inkişaf problemi yaradır.

Tribunainfo.az yazır ki, endokrinoloqların sözlərinə görə, müasir dövrün uşaqlarında meydana gələn hormon pozğunluğu problemini sadaladığımız qidalar daha da sürətləndirir.

Həkimlər məsləhət görür ki, uşaqları mümkün qədər “Makdonalds”, “KFC” kimi restoran şəbəkələrin hazır qidalarından uzaq tutmaq lazımdır. Xüsusilə adı və mənşəyi məlum olmayan yağlardada qızardılmış kartof fri, nages, hamburger, qazlı və rəngli içkilərdən birdəfəlik imtina edilsə daha yaxşıdır. Erkən cinsi inkişafı sürətləndirən belə qidaların sağlam qidalarla əvəz edilməsi daha məsəhətdir.