YASAMAL HOSPİTALIN BAŞI MƏHKƏMƏLƏRDƏN AÇILMIR
08-iyun-2023Yasamal Hospital Ali Məhkəmə instansiyasına müraciət edib. İyunun 7-də hakim Rahib Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər İdarəsi ilə bağlı iddiasına baxılıb. Bu barədə Tribunainfo.az məlumat əldə edib. Klinika inzibati orqanların aktları və vergi məsələləri üzrə iddia qaldırıb. Qeyd edək ki, klinikaya qarşı da bu ay məhkəmə işi açılıb.
Əliyeva Könül Vicdan qızı maddi ziyanın ödənilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
İşə hakim İkram Şirinovun sədrliyi ilə baxılır. K.Əliyeva xəstəxanada laparoskopik estetik-plastik cərrah vəzifəsində çalışan Elnur Mehrəli Xalid oğlundan ona dəyən maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə Elnur Mehrəli də cavabdeh qismində çıxış edir.