Bu gün:
Xezer.info » Dünya » ABŞ Ukraynanın NATO-ya qəbul prosesini sürətləndirməyi planlaşdırmır

ABŞ Ukraynanın NATO-ya qəbul prosesini sürətləndirməyi planlaşdırmır



Hər hansı bir ölkənin, o cümlədən Ukraynanın NATO-ya qəbulu müəyyən prosesdir və ABŞ bunu sürətləndirməyə cəhd etməyi planlaşdırmır.

APA-nın məlumatına görə, belə bir bəyanatla çərşənbə günü jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çıxış edib.

“Alyansla bağlı qərarlar 31 müttəfiq və üzv olmaq niyyətində olan ölkələr tərəfindən qəbul edilir. Bu necə işləyir. Proses var, açıq qapı siyasəti var və biz buna sadiqik”.

Jan-Pier vurğulayıb ki, hazırda ABŞ Ukraynanın döyüş meydanında ehtiyac duyduğu hər şeyə sahib olmasını təmin etməyə cəmləşib. Ötən həftə Vaşinqton Kiyevə daha 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb.