Serj Sarkisyanla bağlı cinayət işini aparan PROKUROR gözlənilmədən istefa verib
06-iyun-2023Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın işi üzrə cinayət prosesinə rəhbərlik edən prokuror dünən istefa ərizəsi verib.
Xezerinfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Baş prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məhkəməyədək icraatın qanuniliyinə nəzarət departamentinin rəhbəri Arsen Martirosyan dünən işindən ayrıldığını və ərizə ilə müraciət etdiyini açıqlayıb.
Qeyd edək ki, bundna öncə prokurorluğun Ermənistanın ikinci prezidenti Robert Köçəryanın işi üzrə prosesə rəhbərlik edən müstəntiqlərin də işdən çıxdığı barədə xəbərlər yayılıb.