Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq
06-iyun-2023Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq.
Xezerinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Novaya Kaxovka su anbarının vurulmasının ardınca bu gün səhər saatlarında Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından sonra xarici işlər naziri Dmitri Kulebanın təklif etdiyi cavab kontekstində Ukrayna XİN-in addımlarının siyahısı təsdiq edilib.
"Bura Ukrayna tərəfindən BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və Rusiyanın terror aktı ilə bağlı məsələnin AEBA-nın İdarə Heyəti Şurasının iclasına çıxarılması, eləcə də Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin cəlb edilməsi daxildir", - bəyanatda qeyd olunub.