Bu gün:
Xezer.info » Qarabağ » “ERMƏNİSTAN QARABAĞIN STATUSU İLƏ BAĞLI DANIŞIQLAR APARMAĞA İDDİALI DEYİL” – MİRZOYAN

“ERMƏNİSTAN QARABAĞIN STATUSU İLƏ BAĞLI DANIŞIQLAR APARMAĞA İDDİALI DEYİL” – MİRZOYAN



Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı bütün məsələlər Xankəndi-Bakı dialoqu çərçivəsində qaldırılmalıdır.

Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandat yoxdur.

“Bəli, biz Qarabağda yaşayan erməni xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia etmirik və buna cəhd də etmirik”, – Mirzoyan bildirib.

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağ xalqı ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir, bunsuz tamhüquqlu və uzunmüddətli ola bilməz.

Onun sözlərinə görə, Ermənistan bu dialoqun başlanması üçün mexanizmin, platformanın yaradılmasını təmin etməlidir.