TAKSİ ŞOFERLƏRİ ÜÇÜN BU HAZIRLIQ GEDİR – DETALLAR
05-iyun-2023Bakıda fərqlənmə nişanı olmayanlar taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Xezerinfo.az-a daxil olan məlumata görə, hazırda bu istiqamətdə tədbirlər planı hazırlanır.
Paytaxt ərazisində taksi firmaları qarşısında ilk sərt tələb sürücülərinin fərqlənmə nişanı əldə etməsi olacaq. Hazırda əksər taksi şoferləri fərqlənmə nişanı olmadan, mobil telefonuna primitiv qaydada istifadə proqramı yükləyərək fəaliyyət göstərirlər. Nəticə minlərlə sürücü taksi nişanı almadan işləyirlər.
Bununla da ölkədə taksi firmalarının həm sürücüləri azalacaq, həm vergidən yayınma kimi hallar aradan qaldırılacaq, həm də hamı istədiyi kimi taksi şoferi ola bilməyəcək. Hətta fərqlənmə nişanı almağın rüsumunun məbləği də qaldırıla bilər.