Hava şəraiti qeyri-sabit keçəcək XƏBƏRDARLIQ
02-iyun-2023Azərbaycanda iyunun 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq. Ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
Xezerinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, xüsusən də Balakən-Şəki, Qazax-Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir 25-30 metr saniyəyədək güclənəcək.
Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel keçəcəyi gözlənilir.