Bu gün:
Xezer.info » Eksklüziv » İmtahanda uğur qazanmaq istəyənlərə 8 məsləhət

İmtahanda uğur qazanmaq istəyənlərə 8 məsləhət



İmtahan dövrü həssas bir prosesdir. Həm hazırlıq dövründə, həm də imtahan günündə stress, narahatlıq, həyəcan kimi bir çox duyğular qaçınılmazdır. Daxili xəstəliklər mütəxəssisi və fitoterapist Murat Hakan Terekeci imtahanlarda problemlərin azaldılması ilə bağlı məsləhətlərini paylaşıb.
İmtahanların ruhi və fiziki sağlamlığımıza təsir edən çətin və stresli təcrübələr olduğunu ifadə edən professor tövsiyələrini bölüşüb.
1. Stressi azaldan qidalardan istifadə edin:
İmtahan dövründə stressi azaltdığı bilinən, qan şəkərində ani yüksəliş və enişlərə səbəb olmayan, uzun müddət toxluq hissini təmin edən qidalar istehlak edilməlidir. A vitamini yüksək olan yerkökü və ərik kimi qidalar, Omeqa-3 yağ turşuları ilə zəngin soyuq dəniz balıqları; bütün yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaq; qoz, fındıq istehlak edildikdə tərkibindəki faydalı yağ turşuları və E vitamini sayəsində orqanizmin stressini azalır. Bundan başqa o, quru lobya, süd və süd məhsulları, xüsusilə yumurta və banan istehlak etməyi məsləhət görüb.
2. Ən az 7-9 saat yatın:
İmtahan verəcək gənclərin gündə 7 ilə 9 saat arasında yatması son dərəcə vacibdir. Yuxu immuniteti gücləndirir, motivasiya və öyrənmə bacarıqlarını artırır. Axşam yatmağa yaxın olan melissa və çobanyastığı çayları da rahat və dərin yuxu ilə yanaşı əhəmiyyətli dərəcədə psixoloji rahatlama təmin edir.

3. Kifayət qədər su içmək:
İmtahandan əvvəl və imtahan zamanı su istehlakı da müvəffəqiyyət üçün son dərəcə vacibdir. Orta məktəb şagirdləri üzərində aparılan araşdırma zamanı məlum olub ki, imtahana gedərkən yolda su içən və imtahan zamanı özləri ilə gətirdikləri bir şüşə suyu qəbul edən şagirdlər su içməyən şagirdlərdən daha yaxşı nəticə göstərib.
4. Diqqətinizi cəmləşdirməyinizə mane olacaq qidaları istehlak etməyin:
Şirniyyat, şəkərli turşulu içkilər, işlənmiş və qablaşdırılmış qidaların orqanizmimiz tərəfindən sürətlə mənimsənilməsi yorğunluq və diqqəti cəmləməkdə bəzi problemlər yaradır. Zərərli qidaların istehlakı konsentrasiya ilə yanaşı öyrənmə qabiliyyətinə də mənfi təsir göstərəcək. Diqqətinizi daha asan cəmləməyə kömək edəcək iki qida rozmarindir. Tərkibindəki güclü antioksidant maddələrlə yanaşı, yaddaşı, diqqəti, qavrayışı yaxşılaşdıran və eyni zamanda narahatlığı aradan qaldıran bir bitkidir. Digəri isə nanədir. Beyin funksiyalarını yaxşılaşdırmaq üçün həm idrak qabiliyyətlərimizi artırır, həm də imtahanlarda stressi azaldır.
5. Bunları imtahandan bir gecə əvvəl edin:
İmtahandan əvvəlki gecə yaxşı yuxu almaq son dərəcə vacibdir. Bu səbəblə çox yüksək kofein ehtiva edən qəhvə və yaşıl çay kimi içkiləri imtahandan əvvəl gecənin gec saatlarında istehlak etməmək faydalıdır. Yuxu hormonu melatonini ifraz etmək üçün yatdığınız otaqdakı bütün elektron cihazları söndürməyiniz və ətrafın tamamilə qaranlıq olması son dərəcə vacibdir.
6. Nəfəs alma məşqləri ilə rahatlayın:
Stress və gərginliyi azaltmaq üçün tənəffüs müalicələri imtahan müvəffəqiyyətində son dərəcə əhəmiyyətlidir. Xüsusilə imtahanqabağı dövrdə gənclər dərs zamanı tənəffüs zamanı yarım saatlıq sürətli gəzinti ilə streslərini azaldaraq zehnini təzələyə bilirlər.

7. İmtahan səhəri belə yeyin:
Səhər yeməyində şəkəri uzun müddət balansda saxlayacaq süd, pendir, avokado, tam taxıl çörəyi, yulaf ləpəsi və banan kimi qidalar istehlak edilməlidir. Yumurta zəngin zülal və yağ tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Enerji və güclü yaddaş üçün imtahan səhəri səhər yeməyində rozmarin çayı və ya yaşıl çay istehlak etmək məsləhət görülür.