“ANKLAVLARLA BAĞLI HƏLƏLİK QƏRAR YOXDUR” – ARUTYUNYAN
02-iyun-2023Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Arayik Arutyunyan cümə günü jurnalistlərə açıqlamasında deyib ki, anklavlarla bağlı hələlik qərar yoxdur.
Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, o, anklavlar və Qarabağ məsələsində Nikol Paşinyanın yanaşmalarını tam bölüşür. Əks halda o, baş nazirin siyasi komandasının üzvü olmazdı.
Ermənistan Baş nazir administrasiyasının rəhbəri vurğulayıb ki, hökumətin Azərbaycanla sülh müqaviləsi ilə bağlı 120 səhifəlik sənədi müzakirə etməsi ilə bağlı yayılan xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur.
“Mən belə məlumatlarla tanışam, guya buna görə idarə rəisi işdən çıxarılıb. Bu, absurddur və yalandır, o, öz xahişi ilə buraxılıb”, – Arutyunyan deyib