Bu gün:
Xezer.info » Bu gün » Xaçmazda it bir ailənin 4 üzvünü dişləyib –VİDEO

Xaçmazda it bir ailənin 4 üzvünü dişləyib –VİDEO



Xaçmazın Qaraçay-Cek kəndində 4 nəfəri it dişləyib.

Xezerxeber.az-ın məlumatına görə, həyətə soxulan it əvvəlcə bir qadına hücum edib, daha sonra köməyə gələn digər ailə üzvləri də itin hücumuna məruz qalıb.

Hadisə nəticəsində 68 yaşlı Gülçöhrə Nuriyeva, 67 yaşlı Səccarə Nuriyeva, 24 yaşlı Novruz Nuriyev və 37 yaşlı Leyla Poladova müxtəlif xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, it dişləməsinə məruz qalan sakinlərin həyati təhlükəsi yoxudur.

Xezerinfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: