Bu gün:
Xezer.info » Siyasət » “ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞLƏRİNDƏ VASİTƏÇİLƏR ARTIR” – RƏY

“ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞLƏRİNDƏ VASİTƏÇİLƏR ARTIR” – RƏY


“ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞLƏRİNDƏ VASİTƏÇİLƏR ARTIR” – RƏY
“Kişineuda beştərəfli görüş əvvəldən məlum idi ki, hansısa bəyannamə imzalanması ilə yekunlaşmayacaq”. Bunu Tribunainfo.az-a 1 iyun müzakirəsini şərh edən siyasi ekspert Fuad Əliyev deyib. Onun fikrincə, gələn ay növbəti danışıqlar Brüsseldə razılaşdırılıb, oktyabrda isə İspaniyada oxşar format planlaşdırılıb, sadəcə, prosesin uzanması İrəvana vaxt qazandırır. F.Əliyev hesab edir ki, 7 iyunda yenidən Moskvaya səfər edəcək Ermənistanın baş naziri fərqli çıxış edə bilər: “Hələlik tərəflər mövqelərini bir daha təsdiqlədi. Bu irəliləyiş sayıla bilər, amma nəticə deyil. Biz yaxınlaşmaqda olan danışıqlar dövründəyik. Əgər tərəflər bu templə davam etsə, ilin sonuna hansısa sülh anlaşması istisna deyil. Lakin ona qədər dəfələrlə vəziyyət pisləşə, gərginlik yarana bilər. Rusiya onun iştirakı olmadan sülh sazişi bağlanması tərəfdarı deyil, o səbəbdən Bakı və İrəvan yekun sənədi Moskvada imzalaya bilər. Ancaq Qərblə Rusiya yarışırlar, bu da işi uzadır. Moldova görüşü bir yeniliklə yadda qaldı ki, masada yeni vasitəçilər var. Vasitəçi sayının çoxalması yaxşı deyil”.