Bu gün:
Xezer.info » Dünya » MOSKVA İRƏVANLA ANKARA ARASINDA MÖVQELƏRİN YAXINLAŞMASINA ÜMİD EDİR – RUSİYA SƏFİRİ

MOSKVA İRƏVANLA ANKARA ARASINDA MÖVQELƏRİN YAXINLAŞMASINA ÜMİD EDİR – RUSİYA SƏFİRİ



Rusiya səfirinin sözlərinə görə, “zəlzələ diplomatiyası” Ermənistanla Türkiyə arasında münasibətlərə müsbət təkan verib.

Xezer.info Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Valday” Beynəlxalq Diskussiya Klubunun meydançasında keçirilən dəyirmi masa zamanı deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi müsbətdir. Tərəflər mövqelərin yaxınlaşması üzərində işləyirlər, lakin işlərin tamamlanma vaxtı barədə danışmaq hələ tezdir.

Onun sözlərinə görə, “bu yaya, yəni turizm mövsümünə qədər, deyək ki, üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasından söhbət gedirdi”. Yerxov qeyd edib ki, bununla belə, hələlik bu barədə konkret razılaşma yoxdur.

Rusiya səfiri “zəlzələ diplomatiyası”nın Ankara ilə İrəvan arasında münasibətlərə müsbət təkan verdiyinə diqqət çəkib.