SEPARATÇI REJİM ÇƏRƏNLƏDİ: “BAKI BİZİ REPRESSİYA EDİR”
30-may-2023Qondarma rejimin “xarici işlər nazirliyi” bəyanat yayıb. Tribunainfo.az bildirir ki, bəyanatda “Bakının növbəti dəfə müraciət etdiyi ört-basdır edilməmiş təhdidlər və açıq şantaj heç bir şübhə yeri qoymur ki, Azərbaycan Azərbaycan-Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli imkanlarını ardıcıl olaraq inkar edir” ittihamı yer alıb. Separatçı qurum bildirir ki, uzunmüddətli “blokada, dözülməz həyat şəraitinin yaradılması, yaşamaq və təhlükəsizlik hüququnun inkar edilməsi, digər fundamental hüquq və azadlıqların sistematik və kütləvi şəkildə pozulması, repressiya və təqiblər məhz Azərbaycanın “artsax” xalqına qarşı bundan sonra da istifadə etmək niyyətində olduğu alətlərdir: “Beş aydan artıqdır davam edən blokada, davam edən silahlı hücumlar və döyüşkən bəyanatlardan göründüyü kimi, Azərbaycan nəinki hədə-qorxu və zorakılıq siyasətindən əl çəkmək istəmir, əksinə, bu siyasətin hərəkətsizliyi fonunda onu daha da gücləndirir. Beynəlxalq ictimaiyyət, o cümlədən nizamlanma prosesində iştirak edən beynəlxalq vasitəçilər”. Geniş bəyanatda bu və digər cəfəng fikirlər yer alıb.