Bu gün:
Xezer.info » Manşet » SON DƏQİQƏ: 1 İYUNDAN SONRA AZƏRBAYCAN ERMƏNİSTANI BUNA MƏCBUR EDƏCƏK…

SON DƏQİQƏ: 1 İYUNDAN SONRA AZƏRBAYCAN ERMƏNİSTANI BUNA MƏCBUR EDƏCƏK…



“Kişinyov görüşü nəticə etibarı ilə Moskva danışıqlarından fərqli olmayacaq. Bu səfər ərəfəsində də Paşinyan sülh olmayacağını açıqlayıb. Deməli, formal görüşdür və bundan sonra Azərbaycan öz qərarını dəqiqləşdirəcək: ya sərt təzyiq, ya da sülhə məcburetmə əməliyyatı…”. Tribunainfo.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova belə hesab edir.

Onun fikrincə, İrəvan hər iki stulda oynamaqla sülhdən müvəqqəti yayınır. Ekspertin sözlərinə görə, Paşinyan sülh sənədi imzalamaqdan hələlik qorxur: “Erməni baş nazir kilsə, diaspor və revanşist qüvvələrin birləşməsindən, eləcə də hərbi çevrilişdən narahatdır. Əgər sülh sazişində Qarabağdan tam imtina etsə, onda hakimiyyətdən uzaqlaşmaq riski meydana çıxacaq. Ancaq bizi Ermənistanın daxilində hansı böhranın olduğu maraqlandırmır və o qədər gözləmək səbrimiz də yoxdur. Odur ki, 1 iyundan sonra qarşı tərəfin mövqeyi tam aydınlaşacaq. O halda biz qərarımızı açıqlayacağıq”.