Bu gün:
Xezer.info » Manşet » MOLLA REJİMİNİN BAKIDAKI BANKI BAĞLANIR – “KƏRİMƏ”NİN MALİYYƏ QAYNAQLARI ÇÖKDÜRÜLÜR…

MOLLA REJİMİNİN BAKIDAKI BANKI BAĞLANIR – “KƏRİMƏ”NİN MALİYYƏ QAYNAQLARI ÇÖKDÜRÜLÜR…



Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.
Tribunainfo.az-ın xəbərinə görə, Tehran rejiminin Bakıdakı iqtisadi rıçağı olan bankın bağlanması an məsələsidir. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.
İddialara görə, bu bank vasitəsi ilə İrana müxtəlif köçürmələr, eləcə də Azərbaycana pul transferləri edilir. Bu maliyyə əməliyyatları isə nəzarət altındadır. Son vaxtlar İranın casus şəbəkəsinin ifşası, ortaya çıxan dəlillər həm də molla rejiminin buradakı iqtisadi-maliyyə dayaqlarının təftişini zəruri edib.