Bu gün:
Xezer.info » Siyasət » İlham Əliyev hər zamanki kimi mükəmməl idi... VİDEO

İlham Əliyev hər zamanki kimi mükəmməl idi... VİDEO



Vaşinqton və Brüssel platformalarından sonra Ermənistan Moskva görüşündə də uğursuzluğa düçar oldu. Paşinyanın ittihamedici, beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış açıqlamaları öz hədəfinə çatmadı.

Azərbaycan Prezidenti reallıqları Paşinyandan fərqli olaraq faktlarla nümayiş etdirdi. Digər tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışsa bu çox uğursuz alınaraq onu çətin vəziyyətə saldı. Dövlət başçısı isə qətiyyətli və aydın mövqeyi ilə Paşinyana yenə yerini göstərdi.

Siyasi şərhçi Elçin Mirzəbəyli “Xəzər Xəbər”ə bildirir ki, Moskvadakı üçtərəfli görüş Azərbaycanın iddialarını tam şəkildə təmin edən bir müzakirə olub.

Elçin Mirzəbəyli bildirir ki, Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.