Gəncədə 17 fərdi ev sökülmək təhlükəsi ilə üz-üzəd
26-may-2023Gəncənin Yeni Gəncə yaşayış massivində, Əriklik adlanan ərazidə 17 fərdi ev sökülmək təhlükəsi ilə üz-üzə qalıb.
Xezerxeber.az xəbər verir ki, artıq torpaq sahibinin bununla bağlı iddiası Ali Məhkəmə tərəfindən təmin edilib və iş icraata yönəldilib.
Bəzi sakinlər isə iddia edir ki, torpaq üzərində mülkiyyətə əsas verən digər müvafiq sənədləri də əldə ediblər. Ancaq məhkəmə prosesi zamanı bu sənədlərin mövcudluğu və onların etirazları nəzərə alınmayıb.
Evlərin yerləşdiyi torpaq sahəsinin sahibi Venera Rüstəmova isə sakinlərin iddiaları ilə razılaşmır.
"Ərazidə ev tikənlərə bu addımın qanunsuz olması ilə bağlı ilk gündən dəfələrlə xəbərdarlıq edib."
Venera Rüstəmova həmçinin deyir ki, sakinlərinin dediyinin əksinə olaraq bu məsələ ilə bağlı o, Gəncə şəhər Nizami RİH-nə qarşı məhkəmə iddiası qaldırıb və tələbinə əsasən həmin ərazidə tikinti işlərinin aparılmasına həbs qoyulub.
“Ancaq buna əməl olunmayıb.”
Qeyd edək ki, ərazinin sakinlərə paylanması zamanı Nizami RİH-nin başçısı və Gəncə ŞİH Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifələrində işləmiş Məharət Mustafayev 3 ildir ki, həbsdədir. Onun cinayət işində Venera Rüstəmova zərərçəkən şəxs qismində tanınıb. Gəncə şəhərinin Nizami rayonu isə 1 il əvvəl ləğv edilib.
Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir: