İRƏVANLA BAKI ARASINDA HANSI KOMMUNİKASİYA MƏSƏLƏLƏRİ HƏLL OLUNMAYIB – OVERÇUK
26-may-2023Rusiya baş nazirinin müavini Cənubi Qafqazda yolların bağlanması ilə bağlı danışıqların aparılması məsələsini şərh edib.
Xezer.info Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında hansı kommunikasiya məsələlərinin hələ də həll olunmaması ilə bağlı sualı şərh edərkən bildirib ki, söhbət texniki detallardan gedir, lakin bu, çox vacib detallardır.
Mayın 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutub. Bildirilib ki, bir həftədən sonra baş nazirin müavinləri səviyyəsində üçtərəfli danışıqlar olacaq və bu danışıqlarda regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.
“Söhbət Azərbaycan və Ermənistan arasında sərhədi keçmə prosedurundan, adətən sərhəddə həyata keçirilən sərhəd və gömrük nəzarətinin necə həyata keçiriləcəyindən gedir”, – Overçuk bildirib.
Xatırladaq ki, mayın 25-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə bəyan etmişdi ki, Azərbaycan heç bir seçim olmadan onun ərazisindən keçəcək nəqliyyat marşrutları üzərində Ermənistanın tam suverenliyini tanıyacaq.