“Sinan Oğanın qərarının partiyamızla əlaqəsi yoxdur” – Ümit Özdağ
23-may-2023Məlum olduğu kimi, ötən gün Türkiyədə “ATA İttifaqı”nın prezidentliyə keçmiş namizədi Sinan Oğan mayın 28-də keçiriləcək seçkilərin ikinci turunda “Cumhur İttifaqı”nın namizədi, Ədalət və İnkişaf Partiyasının (AKP) başqanı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Tribunainfo.az yerli mediaya istinadla xəbər verir ki, “ATA İttifaqı”na daxil olan partiyalardan biri – Zəfər Partiyasının sədri Ümit Özdağ prezident seçkilərinin ikinci turu ilə bağlı hələlik qərar vermədiklərini açıqlayıb.
O, bildirib ki, bu axşam Cümhuriyyət Xalq partiyasının (CHP) başqanı və “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşəcək və məsələ ilə bağlı qərarını sabah yerli vaxtla 11:00-da onunla birgə açıqlayacaq.
Özdağ Sinan Oğanın Ərdoğanı dəstəkləmə qərarına da münasibət bildirib.
“Bu, Sinan bəyin şəxsi qərarıdır. Bu, partiyamızla əlaqəli deyil. Onunla fikirlərimiz fərqlidir”, – deyə o, qeyd edib.