Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb – SƏRƏNCAM
23-may-2023Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
Xezer.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də əksini tapıb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən isə Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.