Bu gün:
Xezer.info » Bu gün » Qobustanda dəhşətli yol qəzası - 1-i azyaşlı, 5 nəfər ölüb

Qobustanda dəhşətli yol qəzası - 1-i azyaşlı, 5 nəfər ölüb



Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Araşdırma aparılır.