Bu gün:
Xezer.info » Qarabağ » Ermənilər Rusiyaya konyak göndərə bilməyəcək

Ermənilər Rusiyaya konyak göndərə bilməyəcək



Ermənistanda “Ararat” brendi adı altında konyak istehsal edən İrəvan şərab zavodu Rusiyaya ixracını dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

İrəvan konyak zavodunun ixracının təxminən 80%-i Rusiya bazarının payına düşür. Kerobyanın sözlərinə görə, Rusiyaya tədarükün dayandırılması erməni fermerlərdən üzüm alışına təsir edəcək.

İrəvan konyak zavodu Fransanın “Pernod Ricard” konserninə məxsusdur. 2023-cü ilin may ayının əvvəlində şirkət Rusiyadakı fəaliyyətini dayandırdığını bəyan edib. “Pernod Ricard” mətbuata açıqlamasında şirkətin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini əvvəldən pislədiyini, ukraynalılarla həmrəy olduğunu və Kremlə qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalara əməl etdiyini bildirib.