Bu gün:
Xezer.info » Qarabağ » Paşinyan öz partiyasının deputatları ilə görüşdü - Qarabağ məsələsi...

Paşinyan öz partiyasının deputatları ilə görüşdü - Qarabağ məsələsi...



Ermənistan parlamentinin hakim fraksiyasının üzvləri bu gün baş nazir Nikol Paşinyanla qapalı görüş keçirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bununla bağlı erməni deputat Vaqarşak Akopyan jurnalistlərə məlumat verib.

Media mənsubları hakim partiyanın deputatından “Azərbaycanın 86,6 min kvadratmetrllik ərazi bütövlüyünün tanınacağı təqdirdə Qatabağın Azərbaycanın tərkib hissəsinə çevrilib-çevrilməyəcəyini” xəbər alıblar.

Akopyan bu suallara dəqiq cavab verməyib. O, sadəcə rəsmi Bakı və İrəvanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı ümumi bəyanat verdiklərini söyləməklə kifayətlənib.

“İndiki çətin vəziyyətdə bizim üçün ən vacib olan şey dövlətin maraqları və Qarabağdakı ermənilərin taleyidir. Erməni tərəfi danışıqlar çərçivəsində kollektiv baxışlarımızın mümkün qədər təqdim olunması üçün hər şey etməyə çalışır. Biz sülh gündəliyinin son nöqtəyə çatması üçün hər şeyi etməliyik”, - deyə, erməni siyasətçi qeyd edib.