AK Partidən Sinan Oğana: Səsini bazara çıxarmısansa…
19-may-2023“Hazırda Sinan Oğanın çoxlu müştərisi var. Sinan bəyin hansı qərarı verib-vermədiyini bilmirəm. Sinan bəy də çox da əhval-ruhiyyəli olmamalıdır. Əgər səsinizi bazara çıxarmısınızla, bunu biznesə çevirmisinizsə, o seçici sizi dəstəkləməz. Seçici sənə deyər ki, sən nə edirsən qardaş, mənim səsimi bazarlıq etmək haqqını sənə kim verib?”
AZXEBER.COM Türkiyə medasına istinadən xəbər verir ki, bu sözləri AK Partiyanın sədr müavini Binalı Yıldırım deyib.
O deyib ki, “Cumhur ittifaqı”nda şəxsi maraqlara yer yoxdur: Biz cumhur ittifaqıyıq, burada şəxsi maraqlara yer yoxdur.