Bu gün:
Xezer.info » Dünya » Ərdoğan Sinan Oğanla görüşəcək

Ərdoğan Sinan Oğanla görüşəcək



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində “ATA İttifaqı”ndan namizəd olan Sinan Oğan ilə görüşəcək.

Tribunainfo.az xəbər verir ki, görüşün bu gün İstanbulda Dolmabahçedəki ofisdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı Ədalət və İnkişaf Partiyasının lideri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.