Bu gün:
Xezer.info » Eksklüziv » “ƏRDOĞAN QƏLƏBƏSİ ERMƏNİSTANI VƏ HAVADARLARINI YASA BOĞACAQ, ÇÜNKİ…” – POLİTOLOQ

“ƏRDOĞAN QƏLƏBƏSİ ERMƏNİSTANI VƏ HAVADARLARINI YASA BOĞACAQ, ÇÜNKİ…” – POLİTOLOQ



Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də baş tutacaq. Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova Ərdoğanın qalib gəlmək şansının yüksək olduğunu bildirib. Analitikin fikrincə, növbəti turda 50+1 səs toplamaq vacib deyil, o səbəbdən hətta ən kiçik səs fərqi ilə belə olsa, Cümhur İttifaqının namizədi qələbə qazanacaq.




Onun sözlərinə görə, parlament də AKP və müttəfiqi MHP üstünlük əldə edib, indi növbə prezident kürsüsü olacaq: “Nəticələr göstərdi ki, müxalifətin birliyi də Ərdoğana qalib gələ bilmir. Hazırkı dövlət başçısı reytinqinin yüksək olduğunu bir daha sübut etdi. İkinci turda Sinan Oğanın kimə dəstək verəcəyi də əhəmiyyətlidir. Onun millətçi biri olduğunu nəzərə alsaq, Ərdoğana dəstək çağırışı edəcəyini gözləyirəm”. Ekspert hesab edir ki, Ərdoğan qalib gəldiyi halda Ermənistan və onun Qərbdəki himayədarları yasa boğacaq. O, Zəngəzur dəhlizinin açılması prosesinin sürətlənəcəyini düşünür.