Bu gün:
Xezer.info » Bu gün » AUDİTORLAR PALATASININ QƏRARI İŞLƏMİR? – ŞOFER DÖYƏN ŞİRKƏT RƏHBƏRİNİN İŞİ MƏHKƏMƏDƏ…

AUDİTORLAR PALATASININ QƏRARI İŞLƏMİR? – ŞOFER DÖYƏN ŞİRKƏT RƏHBƏRİNİN İŞİ MƏHKƏMƏDƏ…



Azba Audit and Business Services LTD” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Tribunainfo.az bu məlumatın izinə düşərək maraqlı nüansları üzə çıxarıb. Məlum olub ki, məhkəməyə verilən şirkət Auditorlar Palatası tərəfindən fəaliyyəti dayandırılıb. İndisə İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun icraatındadır. Lakin maraqlısı budur ki, fəaliyyəti dayandırılmış şirkət necə işini davam etdirir və üstəlik, qaydaları pozaraq məhkəməlik olur ? Deməli, şirkət fəaliyyətdədir. Bəs o zaman Auditorlar Palatasının üzvlük haqqını tam ödəməyən təşkilatın fəaliyyətini dayandırmaq qərarı niyə qüvvədə deyil? Ən maraqlı məqam isə şirkət rəhbəri haqdadır. Məlum olur ki, bir neçə il əvvəl şirkət rəhbəri Məmmədrza Fərmanov qardaşı ilə birlikdə Bakıda avtobus sürücüsünü döyüblər. Belə ki, Xətai rayonu ərazisində, “Əhmədli” metrostansiyasının qarşısında 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğlu və qardaşı, 1994-cü il təvəllüdlü Fərmanov Asəf Şamo oğlu “Əhmədli” stansiyasının qarşısında marşrut avtobusunun sürücüsü, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Əsədov Bayram Lətif oğlunu qəsdən döyüb bədən xəsarətləri yetirdiyi, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb və hadisəni törədən hər iki şəxs saxlanılıb. Bu hadisə ilə gündəmə gələn, bu ilin fevralında fəaliyyəti dayandırılan şirkət indisə məhkəmə çəkişməsindədir.