Bu gün:
Xezer.info » Qarabağ » Erməni revanşist siyasətçi: Biz türklərin əbədi düşməni olmalıyıq

Erməni revanşist siyasətçi: Biz türklərin əbədi düşməni olmalıyıq



“Qonşularla ədavət etməməyinizin qiyməti “türkün nökəri” və “türk vilayətinin naibi” olmaqdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Respublikaçılar Partiyasının (RPA) İcra orqanının nümayəndəsi, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanovdur.

“Hakim partiya indi “Məndən on qat güclü qonşu ilə düşmənçilik istəmirəm” deyə primitiv şüar qaldırıb. Gənc və o qədər də gənc olmayan nikolistlər, nağara kimi boş olmayın. Anlayın ki, sərhədləri bağlayan, “Bayraktarlarla” erməni əsgərlərini öldüərn türklərdir.

Ədavət etməməyinizin qiyməti “türkün nökəri” və türk vilayətinin naibi olmaqdır. Ola bilər, belə bir qiyməti ödəməyə hazırsınız, mən və minlərlə vətəndaşımız isə buna hazır deyilik”, - deyə, ravanşist erməni siyasətçi yazıb.