Qurbanının üzünü yeyərkən tutuldu – Dəhşət
19-avq-2016Floridada bir cütlüyə bıçaqla hücum edən gənc polisləri heyrət içində qoyub.
Axar.az xəbər verir ki, Florida Dövlət Universitetinin 19 yaşlı tələbəsi olan gənci yaxalamağa gələn polislər onu bıçaqladığı qurbanının üzünü yeyərkən görüblər. Həmçinin polislər onu idarəyə apararkən gəncin əcayib səslər çıxardığını qeyd ediblər.
Polis gəncin narkotik istifadə etdiyini düşünür:
“Dünən gecə gördüyümüz dəliliyə səbəb olacaq narkotik vasitələr xəstəxanalarda test edilə biləcək dərmanlar deyil. Buna görə də, testin nəticələrini gözləyirik. Güman edirik ki, bununla da “tapmaca”nın böyük bir hissəsini aydınlaşdıra bilərik”.