Bu gün:
Xezer.info » Qarabağ » “Qarabağdakı erməniləri buna məcbur etməliyik, əks halda...” - İLGİNC AÇIQLAMA

“Qarabağdakı erməniləri buna məcbur etməliyik, əks halda...” - İLGİNC AÇIQLAMA



“Ermənistanın növbəti təxribatlarında Rusiyanın izini axtarmaq lazımdır. Çünki Ermənistan siyasi iradəsi nə öz ordusunu, nə də siyasətini idarə edə biləcək durumdadır. Rusiya isə Cənubi Qafqazda sülhün pozulmasında və dolayısı ilə təxribatların törədilməsində maraqlıdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu deyib.
“Qarabağdakı erməniləri buna məcbur etməliyik, əks halda...” - İLGİNC AÇIQLAMA
Hərbi ekspert bildirib ki, Rusiya bu yolla sülhməramlıların Qarabağda qalma müddətini uzatmağa çalışır:

“Çünki sülhməramlıların 2025-ci ildə Azərbaycanı tərk etmə durumu ortadadır. Qərbin yanaşması olaraq ABŞ-ın sülhdən yana olmasına baxmayaraq, Rusiyanın böyük qarşıdurma tərəfdarı olduğunu görürük. Eyni zamanda Ermənistan ərazisində missiya üçün gələn Qərb təmsilçiləri də var. Onlar indiyə qədər mövqe sərgiləməsələr də, o mövqe bizim gələcək münasibətlərdə çox önəmlidir”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan istənilən halda sülhdən yana yanaşma göstərməlidir:

“Xüsusən də Qarabağda yaşayan erməni mənşəli vətəndaşları yumşaq güc alətləri ilə Azərbaycan vətəndaşı olmağa məcbur etmək Azərbaycanın mövqeyini təsdiqləyəcək.

Bu gün əgər bizə qarşı iriçaplı silahlardan, minaatanlardan istifadə edilirsə, adekvat cavab vermək Azərbaycanın haqqıdır. Hətta raket və toplardan istifadə edərək bölgədə təxribat törətmək istəyən terrorçular zərərsizləşdirilməlidir. Mövcud vəziyyətdə Rusiya nə qədər ki, məsələlərə müdaxilə edəcək, bu cür terror aktları törədiləcək. Biz bu terror aktlarına qarşı antiterror əməliyyatları keçirməliyik. Bu, qaçılmazdır”.