Güləşçi Nataliya Sinişin bürünc medal qazanıb – Rio-2016
19-avq-2016Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.
“Report”un məlumatına görə, 53 kq. çəki dərəcəsində çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası 2:1 hesabı ilə yenib və bürünc medala sahib olub.
Bununla da, Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb.