Bu gün:
Xezer.info » Siyasət » “Bu günə qədər 6 mindən çox məhbus əfv edilib” - millət vəkili

“Bu günə qədər 6 mindən çox məhbus əfv edilib” - millət vəkili



“Prezidentin ötən il imzaladığı müvafiq sərəncamla 2023-cü il “Heydər Əliyev İli” kimi qeyd olunur. Həm ölkə daxilində, həm də xaricdə sərəncamdan irəli gələn bir çox tədbir həyata keçirilir. Bu gün imzalanan sərəncamla ölkəmizdə 801 məhkum azad edildi. Bu, müstəqillik tariximizin ən böyük əfv sərəncamıdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili qeyd edib ki, əfv olunan şəxslərin səhhəti, ailə vəziyyəti, şəxsiyyəti, həbsdə ikən davranışı, azadlığa çıxdıqdan sonra ictimai təhlükəlilik səviyyəsi və s. araşdırılıb.

Elman Nəsirov vurğulayıb ki, 1995-ci ildən bu günə qədər imzalanan 68 fərman və sərəncamla 8987 nəfər əfv olunub: “İlham Əliyevin prezidentliyi dövründə əfvetmə ilə bağlı 36 fərman və sərəncam imzalanıb, 5885 nəfər əfv olunub. Bu gün əfv olunanları da əlavə etsək, ümumilikdə 6686 nəfər əfvdən yararlanıb. Bu addım ilk növbədə humanizm prinsiplərindən irəli gələrək atılıb. Sərəncam cəmiyyət tərəfindən müsbət qarşılandı. Xalqımız bilir ki, İlham Əliyev təbiətən humanist insandır. Məhkum nümunəvi davranış göstəribsə, cəmiyyətə yenidən reinteqrasiya olma potensialına malikdirsə, ona şans verilir. Hesab edirəm ki, əfv olunan məhkumlar həbsxanada dərs alıblar və cinayətdən uzaq durmalı olduqlarını anlayıblar”.