Bu gün:
Xezer.info » Siyasət » Deputatdan əfv sərəncamı ilə bağlı açıqlama: “Gözlənti böyük idi...”

Deputatdan əfv sərəncamı ilə bağlı açıqlama: “Gözlənti böyük idi...”



“Prezidentin imzaladığı əfv sərəncamı əhatə dairəsinə görə fərqlənir. Bu da təsadüfi deyil”.

Bunu Musavat.com-a millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tariximizin ən şərəfli səhifələrindən biridir: “Bu gün əldə etdiyimiz bütün uğurların ilk müəllifi Ümummilli liderimizdir. Cəmiyyətin gözləntisi böyük idi. Bu gözlənti müsbət nəticələndi. Əsası Ulu öndər tərəfindən qoyulan və ənənəvi hal alan əfv sərəncamının imzalanması sevindirici haldır. Bu münasibətlə bütün məhbusları təbrik edirəm. Onlara əmin-amanlıq arzu edirəm”.