Bu gün:
Xezer.info » Dünya » TƏCİLİ! ŞOK nüvə XƏBƏRDARLIĞI- Bu bölgədən minlərlə insan təxliyə edilir

TƏCİLİ! ŞOK nüvə XƏBƏRDARLIĞI- Bu bölgədən minlərlə insan təxliyə edilir



Rusiya işğal altındakı Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı 18 kənddən minlərlə dinc sakini təxliyə edir. Ukrayna artilleriyasının artan hücumlarını əsas gətirərək Rusiya yerli hakimiyyət orqanlarının göstərişi ilə yola çıxan minlərlə maşın kənd yollarında hərəkəti kəsib.

Musavat.com xəbər verir ki, artan qeyri-müəyyənliyə diqqət çəkən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi nüvə qəzasının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Qrossi işçilərin obyektdə olduğunu, lakin onların gələcəyi ilə bağlı "dərin narahatlıq keçirdiyi" qeyd edib:

"Elektrik stansiyasının yaxınlığındakı vəziyyət getdikcə gözlənilməz və potensial təhlükəli hala gəlir. Mən real nüvə təhlükəsizliyi riskindən son dərəcə narahatam. Ruslar zavoda xidmət edən personalın yaşadığı Enerqodar şəhərini boşaldırlar. On minlərlə mülki şəxsin təkcə elektrik stansiyası ərazisindən deyil, bütün Zaporojye bölgəsindən Krıma və Rusiyaya daşınması üçün əməliyyat başlayıb. Müşahidəçilərimiz son vaxtlar elektrik stansiyasına gedərkən maneələrlə üzləşirlər. Elektrik stansiyasının ətrafında hər gün partlayan bomba səsləri eşidilir".

Münaqişənin ön cəbhəsinə yaxın olan obyektin Rusiya tərəfindən sursat anbarı kimi istifadə edildiyi də iddia edilir. Hərbi ekspertlərin fikrincə, elektrik stansiyası Ukraynanın gözlənilən əks-hücumunun mümkün hədəflərindən biridir. Gərgin döyüşlərdən sonra elektrik stansiyası Rusiyanın nəzarətinə keçib və ötən ilin oktyabrında Moskva MAQATE nümayəndə heyətinə yoxlama məqsədilə orada daimi qalmağa icazə verib.