“MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC SƏDRİ DƏYİŞSƏ DƏ, HEÇ NƏ DƏYİŞMƏYİB – PARTİYA SƏDRİ
08-may-2023Şimal bölgəsində əkin sahələrinin suvarılması ilə bağlı ciddi qıtlıq, problemlər hökm sürməkdədir.
Tribunainfo.az məlumat verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev canlı yayımda belə deyib.
Onun sözlərinə görə, kəndçilərin üzləşdiyi problemlərlə maraqlanmaq lazımdır.
Partiya sədri hesab edir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri dəyişsə də, problem dəyişməyib. E.Musayev qeyd edib ki, yeni sədr Zakir Mikayılovun dövründə də sistemli dəyişikliklər olmayıb.