Bu gün:
Xezer.info » Bu gün » Bakıda 12 yaşlı məktəbli intihar etdi

Bakıda 12 yaşlı məktəbli intihar etdi



Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən “Piramida MTK”ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.