Temperatur 5-9 dərəcə aşağı düşəcək XƏBƏRDARLIQ
28-apr-2023Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 02-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Xezer.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 04-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, mayın 01-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
“Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.”
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.