LAÇIN POSTU QARABAĞDA 120 MİN ERMƏNİ OLMASI İDDİASINI ALT-ÜST EDƏCƏK – RƏY
28-apr-2023Nəzarət-buraxılış məntəqəsinin qurulduğu yer olduqca strateji yerdir. O yolun alternativi yoxdur. NBM ardınca həmin yerə gömrük postu qurulması isə olduqca ciddi məsələdir. Rəsmi Bakı artıq bu yoldan keçən hər kəsin yoxlanışını özü aparacaq. Azərbaycan tərəfinin bu addımı ilə ermənilərin “Qarabağda 120 min erməni yaşayır” iddiasını məhv edəcək.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsindən sonra gömrük postunun qurulmasını dəyərləndirərkən deyib.
Ekspert qeyd edib ki, hazırda Qarabağda iki pasport daşıyan insanlar var – sırf Ermənistan pasportu daşıyanlar, digərləri isə qondarma qurumun verdiyi kağız parçası daşıyanlar:
“O yoldan keçən hər kəsin qeydiyyatını Azərbaycan gömrkçüsü aparacaq. Bununla rəsmi Bakı ilk etapda onların gediş-gəlişinə problem yaratmayacaq və hesab edirəm ki, bir siyahı tərtib ediləcək ki, baxın, bu adamlar Qarabağda yaşayır və onlar erməni vətəndaşlarıdır. Beynəlxalq təşkilatlara da bu istiqamətdə təkliflər verilə bilər, sənədlər verilə bilər.
Bir müddət sonra da rəsmi Bakı qeydiyyat üçün həmin şəxslərdən, Qarabağda yaşayan insanlardan vətəndaşlıq tələb edəcək. Onların verdiyi “pasport”u isə qəbul etməyəcək. Bu da həmin ərazidə gömrük postunun qurulmasından sonrakı prosesdir. Yəni hazırda gedişat ona doğru gedir. Reinteqrasiya prosesi üçün ciddi addım atılıb”.
Politoloq anti-terror əməliyyatlarını da istisna etmir:
“Separatçı qurum indiki məqamda orada olmasaydı proses daha sürətli gedərdi. Ən əsası separatçı rejim başçıları bu yolan gedib-gələ bilməyəcək. Bu yəqin ki, antiterror əməliyyatları üçün müəyyən əsaslar yaradacaq. Proses hazırda ona doğru gedir. Ancaq istənilən halda hər şey bizim xeyrimizədir”.
Buna səbəb poliklinikada Badamın icbari tibbi işçiləri Poliklinka işçilərini bezdiriblər ki xəstəni bizim klinikaya vurun.