Leyla Yunusun “dindarlığı” və yeni məhbus siyahısı
26-apr-2023Məhkəmə qərarı olmadığı halda, bəzi adların siyasi məhbus siyahısına salınmasında məqsəd dövlətin xaricdə imicini zədələməkdir
Mayın 10-da imzalanacaq əfv hazırlıqları ərəfəsində Sülh və Demokratiya İnstitutunun xaricdə gizlənmiş direktoru Leyla Yunusun da həmtəsisçisi olduğu “Azərbaycan siyasi məhbuslarına azadlıq İttifaqı” siyasi məhbusların yeni siyahısını dərc edib.
İddia olunur ki, fevralda əvvəlki siyahı dərc edildikdən sonrakı dövr ərzində “siyasi məhbusların sayı təxminən 2 dəfə artıb”. Beləliklə, siyahıya 89 yeni ad əlavə olunub və onlar hamısı dindarlardır. Bildirilir ki, siyahıya yeni əlavə olunanlar “dini fəallar, "Müsəlman Birliyi" hərəkatının üzvləri və ilahiyyatçılardır".
Siyahıda da ən çox “dindarlar”ın adı var - 118 nəfər. Bundan başqa, Tərtər və Gəncə işləri üzrə həbs edilənlərin də 26 nəfəri bu siyahıda yer alıb. “Jurnalistlər və blogerlər” qrupuna Polad Aslanov, Abid Qafarov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev daxildir.
“Müxalif partiya və hərəkatların üzvləri” qrupuna Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov, Şahin Rzayev, Aqil Hümbətov və Əlizamin Salayev, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev və fəal Elçin Məmməd daxildir.
“Ömürlük məhbuslar” qrupunda 13 nəfərin adı var. Onlar arasında 6 nəfər 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin zabitləri, üç nəfər 1992-1993-cü illərdə Qarabağda döyüşmüş “Qaranquş” dəstəsinin keçmiş üzvü və beş nəfər keçmiş baş nazir Surət Hüseynovun işi üzrə həbs edilənlərdir.
Leyla Yunusun hazırladığı siyahıda İranla bağlı həbs olunanların heç bir istintaq, məhkəmə hökmü olmadan “siyasi məhbus” elan edilməsi əlbəttə ki, İrana xidmətdir.
Çingiz Qənizadə
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “Əfv fərmanının gözlənildiyi bir dövrdə bəzi dırnaqarası hüquq müdafiəçiləri daha da aktivləşiblər, xüsusilə Leyla Yunus və onun komandası. Onlar yeni siyahılar tərtib edərək, həm beynəlxalq təşkilatları, həm də ölkə ictimaiyyətini kənardan yönləndirmək, ictimai rəyi çaşdırmaqla məşğuldurlar. Onların siyasi məhbusların sayının 2 dəfə artması iddiası absurd ittihamdır. Çünki İran casus şəbəkəsi ilə əlaqədar həbs olunanlara qarşı ittiham aktları tərtib olunsa da, onların təqsirkar olduqları hələ sübuta yetirilməyib. Onların barələrində məhkəmə qərarı olmadığı halda, adlarını siyasi məhbus siyahısında hallandırmaq əlbəttə ki, dövlətin xaricdə imicinin zədələnməsinə yönələn addımdır.
“Tərtər işi” və “Gəncə işi” ilə bağlı da məsələ Baş Prokurorluğun nəzarətindədir. Məlum olduğu kimi, bu məsələlərlə bağlı baş prokurorun təşəbbüsü ilə istintaq işi təzələnir. Bu məsələlərdə cinayət törədənlərin həbs edildiyi, Sumqayıtda məhkəmələrinin başladığı, artıq ədalətin bərpa olunduğu bir dövrdə bəzilərinin adlarının siyahıya salınması insanlar arasında çaşqınlıq yaradır.
1992-95-ci illərdə həbs edilmiş, ölkədə hakimiyyəti zorla silah gücünə əldə etməyə çalışanlar, rayonlarda hakimiyyət orqanlarının inzibati binalarını zəbt edərək, çevriliş etməyə cəhdə görə həbs olunanlar, 20-25 ildir ki, cəzalarını çəkənlər var ki, onların da arasında zaman-zaman azadlığa buraxılanlar olub. Hətta bir çoxları barəsində biz də əfv edilmələri üçün dövlət başçısına, Əfv Məsələləri Komissiyasına müraciətlər edirik. Ümid edirik ki, onların bir çoxu qarşıda gözlənilən böyük əfvdə azad olunacaqlar. Prosesin normal getdiyi bir dövrdə Leyla Yunusun xaricdə oturub, ölkənin ictimai-siyasi həyatına “qiymət” verənlər hesab edirəm ki, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasında maraqlı deyillər və düşmən dəyirmanına su tökənlərdir. Bu baxımdan, heç vaxt Leyla Yunus, onun ittifaqı və onun ətrafında formalaşmış həmin dırnaqarası hüquq müdafiəçilərinin tərtib etdikləri, yaydıqları siyahının qəbul etməmişik.
Bəli, istintaq və məhkəmə dövründə bəzi şəxslərin prosessual hüquq normaları pozulmuşdur və bununla bağlı biz də hökumətə və hüquq mühafizə orqanlarına müraciətlər edirik və uğurlu nəticələr əldə edirik. Hesab edirəm ki, belə hallar olduqda problemlər mütləq şəkildə ölkə daxilində müzakirə yolu ilə həll edilməlidir, nəinki beynəlxalq təşkilatlara siyahılar göndərməklə, xaricdə Azərbaycanın imicinə zərbə vurmaqla. Həmin şəxslər istəklərinə nail ola bilməyəcəklər.
Hər birimiz gözləyirik ki, mayın 10-da çox böyük əfv fərmanı imzalanacaq və onun içərisində müəyyən ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin olacağı gözlənilir. Leyla Yunus və onun ətrafı bundan xəbərdar olduqlarından həmin adamların adlarını siyahıya salırlar ki, yaxın günlərdə cənab Prezident tərəfindən həmin şəxslər əfv edildikdə bunu öz adlarına çıxartsınlar, desinlər ki, “bu bizim təşəbbüsümüzlə həyata keçdi”.
Leyla Yunusun “dindarlığı” və yeni məhbus siyahısı
Məhkəmə qərarı olmadığı halda, bəzi adların siyasi məhbus siyahısına salınmasında məqsəd dövlətin xaricdə imicini zədələməkdir
Mayın 10-da imzalanacaq əfv hazırlıqları ərəfəsində Sülh və Demokratiya İnstitutunun xaricdə gizlənmiş direktoru Leyla Yunusun da həmtəsisçisi olduğu “Azərbaycan siyasi məhbuslarına azadlıq İttifaqı” siyasi məhbusların yeni siyahısını dərc edib.
İddia olunur ki, fevralda əvvəlki siyahı dərc edildikdən sonrakı dövr ərzində “siyasi məhbusların sayı təxminən 2 dəfə artıb”. Beləliklə, siyahıya 89 yeni ad əlavə olunub və onlar hamısı dindarlardır. Bildirilir ki, siyahıya yeni əlavə olunanlar “dini fəallar, "Müsəlman Birliyi" hərəkatının üzvləri və ilahiyyatçılardır".
Siyahıda da ən çox “dindarlar”ın adı var - 118 nəfər. Bundan başqa, Tərtər və Gəncə işləri üzrə həbs edilənlərin də 26 nəfəri bu siyahıda yer alıb. “Jurnalistlər və blogerlər” qrupuna Polad Aslanov, Abid Qafarov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev daxildir.
“Müxalif partiya və hərəkatların üzvləri” qrupuna Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov, Şahin Rzayev, Aqil Hümbətov və Əlizamin Salayev, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev və fəal Elçin Məmməd daxildir.
“Ömürlük məhbuslar” qrupunda 13 nəfərin adı var. Onlar arasında 6 nəfər 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin zabitləri, üç nəfər 1992-1993-cü illərdə Qarabağda döyüşmüş “Qaranquş” dəstəsinin keçmiş üzvü və beş nəfər keçmiş baş nazir Surət Hüseynovun işi üzrə həbs edilənlərdir.
Leyla Yunusun hazırladığı siyahıda İranla bağlı həbs olunanların heç bir istintaq, məhkəmə hökmü olmadan “siyasi məhbus” elan edilməsi əlbəttə ki, İrana xidmətdir.
Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!
Çingiz Qənizadə
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “Əfv fərmanının gözlənildiyi bir dövrdə bəzi dırnaqarası hüquq müdafiəçiləri daha da aktivləşiblər, xüsusilə Leyla Yunus və onun komandası. Onlar yeni siyahılar tərtib edərək, həm beynəlxalq təşkilatları, həm də ölkə ictimaiyyətini kənardan yönləndirmək, ictimai rəyi çaşdırmaqla məşğuldurlar. Onların siyasi məhbusların sayının 2 dəfə artması iddiası absurd ittihamdır. Çünki İran casus şəbəkəsi ilə əlaqədar həbs olunanlara qarşı ittiham aktları tərtib olunsa da, onların təqsirkar olduqları hələ sübuta yetirilməyib. Onların barələrində məhkəmə qərarı olmadığı halda, adlarını siyasi məhbus siyahısında hallandırmaq əlbəttə ki, dövlətin xaricdə imicinin zədələnməsinə yönələn addımdır.
“Tərtər işi” və “Gəncə işi” ilə bağlı da məsələ Baş Prokurorluğun nəzarətindədir. Məlum olduğu kimi, bu məsələlərlə bağlı baş prokurorun təşəbbüsü ilə istintaq işi təzələnir. Bu məsələlərdə cinayət törədənlərin həbs edildiyi, Sumqayıtda məhkəmələrinin başladığı, artıq ədalətin bərpa olunduğu bir dövrdə bəzilərinin adlarının siyahıya salınması insanlar arasında çaşqınlıq yaradır.
1992-95-ci illərdə həbs edilmiş, ölkədə hakimiyyəti zorla silah gücünə əldə etməyə çalışanlar, rayonlarda hakimiyyət orqanlarının inzibati binalarını zəbt edərək, çevriliş etməyə cəhdə görə həbs olunanlar, 20-25 ildir ki, cəzalarını çəkənlər var ki, onların da arasında zaman-zaman azadlığa buraxılanlar olub. Hətta bir çoxları barəsində biz də əfv edilmələri üçün dövlət başçısına, Əfv Məsələləri Komissiyasına müraciətlər edirik. Ümid edirik ki, onların bir çoxu qarşıda gözlənilən böyük əfvdə azad olunacaqlar. Prosesin normal getdiyi bir dövrdə Leyla Yunusun xaricdə oturub, ölkənin ictimai-siyasi həyatına “qiymət” verənlər hesab edirəm ki, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasında maraqlı deyillər və düşmən dəyirmanına su tökənlərdir. Bu baxımdan, heç vaxt Leyla Yunus, onun ittifaqı və onun ətrafında formalaşmış həmin dırnaqarası hüquq müdafiəçilərinin tərtib etdikləri, yaydıqları siyahının qəbul etməmişik.
Bəli, istintaq və məhkəmə dövründə bəzi şəxslərin prosessual hüquq normaları pozulmuşdur və bununla bağlı biz də hökumətə və hüquq mühafizə orqanlarına müraciətlər edirik və uğurlu nəticələr əldə edirik. Hesab edirəm ki, belə hallar olduqda problemlər mütləq şəkildə ölkə daxilində müzakirə yolu ilə həll edilməlidir, nəinki beynəlxalq təşkilatlara siyahılar göndərməklə, xaricdə Azərbaycanın imicinə zərbə vurmaqla. Həmin şəxslər istəklərinə nail ola bilməyəcəklər.
Hər birimiz gözləyirik ki, mayın 10-da çox böyük əfv fərmanı imzalanacaq və onun içərisində müəyyən ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin olacağı gözlənilir. Leyla Yunus və onun ətrafı bundan xəbərdar olduqlarından həmin adamların adlarını siyahıya salırlar ki, yaxın günlərdə cənab Prezident tərəfindən həmin şəxslər əfv edildikdə bunu öz adlarına çıxartsınlar, desinlər ki, “bu bizim təşəbbüsümüzlə həyata keçdi”.
Azərbaycan Qafqazda təklənib” - Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Leyla Yunusun təsisçisi olduğu “Azərbaycan siyasi məhbuslarına azadlıq İttifaqı”nın yeni siyasi məhbus siyahısını qətiyyətlə qəbul etmədiyini bildirdi: “Leyla Yunus hər zaman heç nəyə əsaslanmayan 100-200 nəfərlik siyahı yayır. İndi də siyahıya guya ki, "dindar" şəxslərin adlarını salıb, hansı ki, həmin şəxslər İran casus şəbəkəsinin aşkarlanması zamanı həbs olunub. Ümumiyyətlə, ta əvvəldən Leyla Yunus hər zaman İran casus şəbəkəsinə işləyən şəxslərin adlarını siyahıya salıb. Hər kəsə məlumdur ki, Leyla Yunus uzun illərdir ki, Azərbaycanın ictimai-siyasi həyatından xəbərsiz xaricdə aldığı qrantlarla yaşayır. O, hüquq müdafiəçisi deyil. Bununla bağlı bizim onlarla həmişə mübahisəmiz olub. İndi sual olunur ki, Azərbaycanda olan vəziyyəti bilmədən, o qədər insanın adını necə siyahıya sala bilər? Bunun nə qədər düzgün hesab etmək olar? Bu günə qədər bir insana köməyi dəyməyən, Azərbaycanın mühitini bilməyən, onun haqqında nalayiq sözlər işlədən, 44 günlük Vətən müharibəsi barəsində bir kəlmə danışmayan adamın sözünə niyə cavab verməliyik? Əgər kimsə Leyla Yunusun “siyasi məhbus” siyahısına dəstək olmaq istəyirsə, buyurub gəlsin Azərbaycana, ona hər şeyi göstərək, görsünlər ki, İran və onun havadarları Azərbaycanı nə günə qoyublar.
Siyasi məhbus dedikdə bilməlidirlər ki, bununla bağlı xüsusi, Avropa kriteriyaları var. Onun əsasında məhbusa siyasi məhbus demək olar. İndi terrorçunu mən necə siyasi məhbus deyə təqdim edim? Eləcə də narkotik vasitələrinin satışı ilə məşğul olanlar. Mən bu şəxsləri terrorçudan daha pis bilirəm, çünki onlar çox sayda gəncləri məhv edir, kütləvi mənəvi terrorla məşğuldurlar".