Putin fərman imzaladı: Cavab tədbirləri...
26-apr-2023Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulması halında cavab tədbirləri haqqında fərman imzalayıb.
Xaricdə Rusiya əmlakına həbs qoyulması və ya hüquqlarının məhdudlaşdırılması halında, qeyri-dost ölkələrin aktivləri üçün xarici idarəetmə tətbiq ediləcək.
Qeyri-dost ölkələrin aktivlərinin müvəqqəti idarə edilməsinə Rusiya Prezidentinin qərarı ilə xitam verilə bilər.
Müvəqqəti idarəetməyə verilməli olan aktivlərin siyahısına "Unipro" və "PJSC Fortum"dakı xarici səhmdarların səhmləri daxildir.//Ölkə.az