Bu gün:
Xezer.info » Siyasət » BNA GETDİ… AGENTLİYİN SƏLAHİYYƏTLƏRİNİ KİM İCRA EDƏCƏK?

BNA GETDİ… AGENTLİYİN SƏLAHİYYƏTLƏRİNİ KİM İCRA EDƏCƏK?



BNA ilə bağlı Fərman gözlənilən idi. Yaxın 3 ayda BNA ləğv ediləcək və onun bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında) həyata keçirəcək. Bundan sonra bəhs etdiyim vahidlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində həyata keçirilməlidir.

Tribunainfi.az yazır ki, bu barədə yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O qeyd edib ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır:

“Belə bir vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir.
Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin (loru dildə – şəhər meriyalarının) və bələdiyyələrin rolu müəyyən olunmalıdır.

Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz”.